İranda 11 nəfər bu səbəbdən edam edildibackend

İranda 11 nəfər bu səbəbdən edam edildi

Son bir neçə gündə İranda narkotiklə əlaqəli cinayətlərdə mühakimə olunan 11 nəfər edam edilib.

KONKRET.az xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) məlumat yayıb.

Bildirilib ki, Zahidan Mərkəzi Həbsxanasında 9 İran və 2 Əfqanıstan vətəndaşı asılıb.

Edam edilən məhbusların hamısı narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər.

Qeyd edək ki, IHR-ın məlumatına görə, 2023-cü ilin əvvəlindən İranda edam edilənlərin sayı 423 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*