İranda 5 ballıq zəlzələ oldu – 400 ev dağıldıbackend

İranda 5 ballıq zəlzələ oldu - 400 ev dağıldı

Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 400 ev tamamilə dağılıb.

KONKRET.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib. Onun sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində indiyədək 3 nəfərin yaralandığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*