İranda ağır iqtisadi vəziyyətə görə qəbir daşları kreditlə satılırbackend

İranda ağır iqtisadi vəziyyətə görə qəbir daşları kreditlə satılır

İranda əhalinin ağır iqtisadi vəziyyəti ucbatından qəbir daşlarının satışı ilə məşğul olan bir çox yerlər məzar daşlarını zaminlə və hissəli ödəniş şəklində satmağa məcbur qalıblar.

KONKRET.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, qəbir daşlarının kreditlə satılması bir insanın iqtisadi çətinlikdə yaşamasının ən son həddi sayılır. Bildiyiniz kimi, koronavirusun yayılmasından sonra bütün dünyada olduğu kimi İranda da çoxlu insan təlafatı yaşandı.

Bir qrup insan bu müddət ərzində heç olmasa qəbir daşlarının satışında canlanma olacağını düşünürdü. Ancaq təəccüblüdür ki, koronavirus da onların işinə mənfi təsir göstərib. Ölkədə iqtisadi problemlər və bahalıq üzündən əhali hətta ölən yaxınlarına qəbir daşı belə almaq gücündə deyil. Yaxınları dünyasını dəyişən bir çoxları elə özləri qəbir daşlarının satış yerlərinə hissəli ödəniş təklifi edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*