İranda daşınmaz əmlak agentliyinin əməkdaşları güllələndilərbackend

İranda daşınmaz əmlak agentliyinin əməkdaşları güllələndilər

Bu gün Rabat Kərim şəhərinin Pərənd bölgəsində daşınmaz əmlak agentliyinin iki işçisi ilə başqa bir şəxs arasında maliyyə mübahisəsi yaranıb.

KONKRET.az xəbər verir ki,şəhərin Polis İdarəsinin rəisi Teymur Kələntəri bildirib ki, pul məsələsi münaqişəyə çevrilib və nəticədə təqsirkar agentliyin iki əməkdaşını odlu silahla vuraraq öldürüb və qaçıb.

Qeyd olunub ki, təqsirkarla öldürülən şəxslərdən biri daha öncə də bir-birilərini hədələyiblər. (Tasnim News)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*