İranda həbsdə olan jurnalistlərin sayı açıqlandıbackend

İranda həbsdə olan jurnalistlərin sayı açıqlandı

2022-ci ildə İranda meydana gələn ümumxalq etirazları zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatının son hesabatında bildirilir.

Məlumata görə, İran media azadlığına görə 180 ölkə arasında 177-ci yerdədir.

Hesabata əsasən, media azadlığının vəziyyəti yalnız üç ölkədə: Vyetnam, Çin və Şimali Koreyada İrandan daha pisdir.

Sərhədsiz Reportyorlar İranda media azadlığının vəziyyətinin narahatedici olduğunu bildirərək, İran rejimini dünyanın ən repressiv hökumətlərindən biri adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*