İranda həmcinsi ilə münasibəti olan məmur vəzifədən kənarlaşdırıldıbackend

İranda həmcinsi ilə münasibəti olan məmur vəzifədən kənarlaşdırıldı

Həmcinsi ilə münasibətdə olan iranlı məmur vəzifəsindən kənarlaşdırılıb.

KONKRET.az “Daily Mail”ə istinadən xəbər verir ki, məmurun başqa bir kişi ilə cinsi əlaqədə olarkən çəkilmiş videosu müxalif “Radio Gilan” teleqram kanalında yerləşdirilib.

Vəzifəsindən kənarlaşdırılan şəxsin Gilan vilayətinin Mədəniyyət və İslam Rəhbərliyi İdarəsinin rəisi, dindarlığa, hicab taxmağa və ölkənin mühafizəkar əsaslarını qorumağa yönəlmiş mədəniyyət mərkəzini idarə edən Reza Tsaqati olduğu bildirilir.

İslam şəriət qanunlarına əsaslanan İran qanunlarında eynicinsli münasibətlər cinayət sayılır və ölüm cəzasına məhkum edilir.

Hazırda iş araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*