İran hakimiyyəti hicabın məcburi olmasını nəzərdən keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
İran parlamenti hicabın məcburi geyinilməsi məsələsini araşdıracaq ayrıca mədəniyyət şurası yaradıb.
Bunu İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazeri deyib.
“İran Parlamentinin Mədəniyyət Komitəsi təvazökarlıq və hicabla bağlı məsələləri xüsusi olaraq həll etmək üçün işçi qrupu yaradıb” dedi.
Montazerinin sözlərinə görə, parlamentarilər məsələnin tədqiqinə qoşulmağa və “açıq olmayan və ya qeyri-konstruktiv” məqamları aydınlaşdırmağa hazırdırlar.
Xatırladaq ki, İranda kütləvi etirazlar sentyabrda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.
Bundan sonra iranlı qadınlar sosial şəbəkələrdə saçlarını kəsdirdikləri və hicab yandırdıqları videoları kütləvi şəkildə yayımlamağa başlayıblar. İran hakimiyyəti anti-hökumət etirazlarını qəddarlıqla yatırmağa çalışır.
Xuraman Etibarlı,
KONKRET.az