İranda hicaba görə yeniyetmələr həbs edildibackend

İranda hicaba görə yeniyetmələr həbs edildi

İranın Gilan əyalətinin Rəşt şəhərində 4 yeniyetmə qız məcburi hicab qaydalarını pozduqları üçün həbs ediliblər.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məlumatda şəhərin Gülsar məhəlləsində 4 yeniyetmənin sosial mediada hicabsız fotolarını paylaşdıqları üçün saxlanıldığı, barələrində cinayət işi açıldığı bildirilib.

Onların “ictimai qaydaları pozmaq və islami qaydalara qarşı çıxmaq”da günahlandırıldığı qeyd edilir.

Əlaqədar dövlət qurumları yeniyetmələrin harada və hansı şəraitdə saxlanıldığı barədə heç bir məlumat vermir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*