İranda hicabsız qadınların bank hesabları DONDURULACAQbackend

İranda hicabsız qadınların bank hesabları DONDURULACAQ

İran hicabsız qadınların bank hesablarını donduracaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Donya-e-Eqtesad” qəzeti parlamentin deputatı və İran İslam Şurasının Mədəniyyət üzrə komissiyasının üzvü Hüseyn Cəlaliyə istinadla  məlumat yayıb.

Cəlali bildirib ki, İran hicab taxmaq qaydalarına əməl etməyən qadınların bank hesablarını donduracaq.

Millət vəkili təklif edib ki, qadınlar hicab taxmaq qaydalarına tam və ya qismən əməl etmədikdə, həbs etməsinlər.

“Hicab qanununun dəfələrlə pozulması halında ilk növbədə qadınlara yazılı xəbərdarlıq edilməsi, onların bank hesablarının dondurulması daha effektiv olar.

Bu yeniliklərin köməyi ilə bir-iki həftə ərzində İranda etirazların tam dayandırılmasına nail olmaq mümkün olacaq.

Etirazların sonunda İranda mütləq bütün qadınlar əvvəllər olduğu kimi hicab və çadra geyəcəklər”, – deyə Cəlali bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*