İranda İnternet kəsildi: Nazirlik səbəbini açıqlayıbbackend

İranda İnternet kəsildi: Nazirlik səbəbini açıqlayıb

İranda internet bağlantısı demək olar ki, tamamilə yox olub.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı NetBlocks beynəlxalq internet monitorinq xidməti yayıb. Xidmətin X hesabında yerləşdirilən məlumatda qeyd olunur ki, “şəbəkə məlumatları İranda internetin demək olar ki, tamamilə kəsildiyini göstərir”.

Qeyd olunur ki, insident şəbəkənin bir sıra “əvvəlki qismən dayandırılması”ndan sonra baş verib.

İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi giriş məhdudiyyətlərini təsdiqləyib. “Səlahiyyətli orqanların qərarı ilə istifadəçilərin internetə çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilir”, – İranın Mehr xəbər agentliyi departamentin bəyanatına istinadən yazır.

Nazirliyin bəyanatında deyilir ki, bu qərar “düşmən hücumlarının qarşısını almaq üçün” qəbul edilib: “Ölkədə davam edən fövqəladə vəziyyətlə əlaqədar, həmçinin təcavüzkarın milli rabitə şəbəkəsindən hərbi məqsədlər üçün istifadə etməsi, vətəndaşların həyat və əmlakına təhlükə törətməsi faktını nəzərə alaraq, aidiyyəti orqanlar istifadəçilərin internetə çıxışına müvəqqəti məhdudiyyətlərin tətbiqi barədə qərar qəbul ediblər”.

Qeyd olunur ki, İran və İsrail arasında davam edən silahlı münaqişəyə baxmayaraq, əsas rabitə vasitələri və daxili şəbəkə xidmətləri hələ də istifadəçilər üçün əlçatandır: “Biz telekommunikasiya infrastrukturunun stabil fəaliyyətini təmin etmək üçün bütün səylərimizi davam etdiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*