İranın Təhsil Nazirliyi işə qəbul və karyera üçün məcburi hicabı şərt qoyur.
KONKRET.az xəbər verir ki, bu barədə “İSNA” xəbər agentliyi yazıb.
Belə ki, parlamentdə baxılan “İffət və hicab mədəniyyətinin təbliği yolu ilə ailəyə dəstək” qanun layihəsinə əsasən, İranın Təhsil Nazirliyi işə götürmək, vəzifəsini yüksəltmək, rütbə vermək, təyin etmək və işçilərin məşğulluq imtiyazlarından istifadə etmək üçün “İffət və hicaba əməli bağlılığı” şərt kimi qoymağa borcludur.
Ayan
KONKRET.az