İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində 16-cı polis bölməsinə iyulun 8-i səhər saatlarında edilən silahlı hücumu “Ceyş əl-Ədl” təşkilatı öz üzərinə götürüb.
KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.
“Ceyş əl-Ədl” təşkilatı hamının diqqətinə çatdırmaq istəyir ki, onun İlahi Ədalət Strateji Batalyonunun fədailəri bəluc xalqının qanlı cümə faciəsinin əsas səbəbkarı olan 16-cı polis bölməsinə uğurlu hücumun məsuliyyətini öz üzərinə götürür”, – bəyanatda yazılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Zahidan şəhərində 16-cı polis bölməsinə silahlı hücum nəticəsində 2 polis və 4 hücumçu həyatını itirib.