İranda Ədliyyə Sisteminin Mühafizə və İnformasiya Mərkəzi Mazandaran əyalətinin Amol şəhərinin prokuroru Mehdi Məhəmmədi həbs edib.
KONKRET.az İran KİV-lərinə istinadən xəbər verir ki, sözügedən prokuror barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ölkənin Ədliyyə rəhbəri qurum daxilindəki qanun pozuntuları ilə qətiyyətlə mübarizə aparmağı tövsiyə edib.