İranda qum fırtınası – 764 nəfər XİLAS EDİLDİbackend

İranda qum fırtınası - 764 nəfər XİLAS EDİLDİ

İranın cənub-şərqində güclü qum fırtınası baş verib.

KONKRET.az xəbər verir ki, Sistan və Bəlucistan əyalətində tüğyan edən qum fırtınası zamanı xeyli adam zərər çəkib.

Bir həftədən artıq davam edən təbii fəlakətdə xilasedicilər 764 nəfəri çıxarıblar.

Hazırda fırtına bir qədər səngiyib və görmə məsafəsi 3 km-dən azdır.

Yerli sakinlərə evdən çölə çıxmamaları tövsiyə olunur. Qum fırtınasında ən çox zərər görənlər tənəffüs xəstəliklərindən əziyyət çəkənlərdir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*