İran hökumətinin devrilməsi İsrailin İrandakı əməliyyatının məqsədi deyil, amma onun nəticəsi ola bilər.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “Kan” dövlət televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, əsas məqsəd İsrailə qarşı təhlükəni aradan qaldırmaqdır: “Əsas məqsəd İranın nüvə təhlükəsini aradan qaldırmaqdır, ikincisi, Tehrandan ballistik raket təhlükəsini aradan qaldırmaq lazımdır. Eyni zamanda İran rejiminin qeyri-sabit olacağı da göz qabağındadır. Bu (İranda hakimiyyətin devrilməsi – red.) məqsəd deyil, lakin nəticəyə çevrilə bilər”.
Netanyahu əlavə edib ki, bu, “İran xalqının işidir”.