İranda polis bölməsinə silahlı hücum olub.
KONKRET.az IRNA-ya istinadən xəbər verir ki, 4 nəfərdən ibarət silahlı şəxslər Zahidan polis bölməsinə hücumu edib.
Hadisə nəticəsində iki polis əməkdaşı ölüb. Rəsmi məlumata görə, silahlı hücumu təşkil edən 4 nəfər öldürülüb.
15:03
İranda silahlı şəxslər polis bölməsinə hücum edib.
KONKRET.az bu barədə “Azad İran” telegram kanalına istinadən xəbər verib.
Bildirilir ki, molla rejimindən narazı etnik bəlucların yaşadığı Zahidan şəhərində səhər saat 07:15 radələrində silahlı şəxslər 16 saylı polis bölməsini ələ keçiriblər.
Son məlumatlara görə, müqavimət hələ də davam edir.
Hökumət mediası bir neçə hərbçinin öldüyü barədə xəbər yayıb.