İranda son 6 ay ərzində 354 nəfər edam edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, edam edilənlərdən 206 nəfəri narkotik maddələrdən istifadədə ittiham olunub.
Ümumilikdə narkotik cinayətləri ilə bağlı edam edilənlərin sayı 126% təşkil edib.
Edam edilənlər arasında 71 nəfəri etnik bəlucdur.