İranda su böhranı hər gün bir az daha artır.
KONKRET.az İran mediasına istinadla xəbər verir ki, bu barədə su hövzələri üzrə mütəxəssis Əlirza Şəriət danışıb. O, İranda hər gün bir az daha artan su böhranı ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssis deyib: “Son onilliklərdə hökumət su ehtiyatlarının məhdudiyyətlərini nəzərə almadan dırnaqarası inkişaf tədbirləri həyata keçirməklə ölkənin ətraf mühitini ağır su böhranı ilə üz-üzə qoyub”.
O, daha sonra bildirib: “Bir çoxları əhalinin artımını və bunun nəticəsində içməli su və kənd təsərrüfatında istifadə olunan suyun çoxalmasını su çatışmazlığı böhranının əsas səbəbləri kimi göstərsələr də, bölgədə bizdən daha pis vəziyyətdə olan digər ölkələrə nəzər salsaq, düzgün siyasətlə su qıtlığı problemlərinin öhdəsindən gəldiklərini görürük”.
Ekspertin fikrincə, İranda su böhranı yaratmaqda hökumətin rolu olduqca rəngarəngdir, çünki hökumət su siyasətində yerli əhalinin rolunu demək olar ki, sıfıra endirib.
Natiq Səlim,
KONKRET.az