İranda təbii fəlakət: 10 nəfər öldübackend

İranda təbii fəlakət: 10 nəfər öldü

İranda güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 10 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə ILNA agentliyi məlumat yayıb. Məlumata görə, təbii fəlakət İranın İsfahan, Yəzd, Cənubi Xorasan, Xorasan Rezavi, Kirman, Semnan, Tehran, Sistan və Bəlucistan vilayətlərində qeydə alınıb.

Ümumilikdə 6 şəhərə və 47 kəndə zərər dəyib. Yardım üçün 78 xilasetmə qrupu, xüsusi avtonəqliyyat və helikopterlər cəlb olunub. İran hökuməti zərərçəkmiş rayonlara humanitar yardım yollayıb. unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*