İranda terror aktı TÖRƏDİLDİ –  YENİLƏNİBbackend

İranda terror aktı TÖRƏDİLDİ - YENİLƏNİB

İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində baş verən terror aktında ölənlərin sayı 4-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir. Həmin şəxs məqbərənin girişində olanlara atəş açmağa davam edir.

Hazırda bina mühasirəyə alınıb.

20:29

İranın cənub-qərbində Şah Çərəx məqbərəsində terror aktı baş verib.

KONKRET.az xəbər verir ki, hücum İran İslam Respublikasının cənub-qərbində yerləşən Fars əyalətindəki Şah Çərəx məqbərəsində baş verib. Onun sözlərinə görə, terror aktı nəticəsində məqbərənin azı iki qulluqçusu həlak olub. Öz növbəsində , Fars agentliyi iddia edir ki, silahlılar atəş açdıqdan qısa müddət sonra hücumçuları məhv edən təhlükəsizlik qüvvələri tərəfindən dəf edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*