İranda üç məhkumun GÖZÜ ÇIXARILACAQbackend

İranda üç məhkumun GÖZÜ ÇIXARILACAQ

İranda üç məhkumun gözü çıxarılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Tehranda dərc edilən “Hamshahri” qəzeti avqustun 2-də dərc edilən yazısında məlumat verilib. Məlumatda İranda 3 nəfərin kor edilməsi ilə bağlı hökmün icrası üçün Tehranın Cinayət Məhkəməsinə göndərildiyini yazıb.

Qəzet, habelə yazıb ki, məhkəmənin sözügedən qərarı 1 qadın və 2 kişiyə aiddir. Onlar qisas olaraq, gözlərinin kor edilməsi cəzasına məhkum ediliblər.

Məlumata görə, gözün çıxarılması cəzasına məhkum edilmiş qadın 11 il öncə başqa bir xanımla münaqişəyə girərək, onun üzünə kislota töküb. Qadının sağ gözü görmə qabiliyyətini itirib.

Daha sonra məhkəmə prosesində həmin qadın bunu qisas məqsədi ilə etdiyini deyib. Zərərçəkən tərəfin tələbi və məhkəmənin qərarı ilə qisas, yəni sağ gözünün kor edilməsi cəzasına məhkum olunub.

Hər üç şəxsin gözlərinin kor edilməsi haqqında hökm birbaşa İranın Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*