İranın qərbində bazar günü 4,7 bal gücündə zəlzələ baş verib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentri 111 min insanın yaşadığı Məscede-Süleyman şəhərindən 87 km cənub-qərbdə yerləşib. Mənbə 57 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.