İranda zəlzələ oldubackend

İranda zəlzələ oldu

Çərşənbə axşamı İranın şərqində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 49,9 min nəfərin yaşadığı Təbəs şəhərindən 51 km şimal-şərqdə yerləşib.

Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*