İranda zəlzələ: Xəsarət alanlar var – Ölüm hadisəsi qeydə alınmayıbbackend

İranda zəlzələ: Xəsarət alanlar var - Ölüm hadisəsi qeydə alınmayıb

İran İslam Respublikasının cənubunda 5,6 bal gücündə zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, zəlzələ yerli vaxtla saat 22:05-də qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Məlumata görə, zəlzələ zamanı bir neçə nəfər xəsarət alıb. İranın Təcili Yardım Xidmətinin nümayəndəsi Mödcab Xalidi YJC agentliyinə bildirib ki, təbii hadisə zamanı azı 10 nəfər zərər çəkib. “Hazırkı vaxtda 10 nəfər xəsarət alıb. Lakin ölüm hadisəsi barəsində məlumat daxil olmayıb”, – Xalidi deyib.

Zəlzələ həmçinin cənub ərazilərinə maddi ziyan vurub, elektrik enerjisinin verilişində fasilələr yaranıb.  /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*