İrandan ABŞ-ın Türkiyəyə sanksiya qərarına REAKSİYA – FOTObackend

İrandan ABŞ-ın Türkiyəyə sanksiya qərarına REAKSİYA - FOTO

“ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalarını şiddətlə qınayırıq”.

KONKRET.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə nümayiş olunur. ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq. Türkiyə xalqı və hökuməti ilə birlikdəyik”,- deyə Zərif tvitter hesabında qeyd edib.

Qeyd edək ki, Cavad zərifdən əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da sanksiya qərarına reaksiya verərək, “ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa təkəbbürlü yanaşmanın bir təzahürüdür” deyib.

Xatırladaq ki, Türkiyənin Rusiyadan gətirdiyi “S-400” səbəbilə uzun müddətdir gündəmdə olan sanksiyalar dekabrın 14-də ABŞ tərəfindən rəsmi olaraq açıqlanıb. ABŞ-ın düşmənlərinə qarşı mübarizə (CAATSA) qanunu çərçivəsində sanksiyalar adı altında Türkiyənin Müdafiə Sənayesi Rəhbərliyi, Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmayıl Dəmir və qurumun üç əməkdaşı sanksiya siyahısına salınıb.

  • Tundra
    Dekabr 16, 2020 - 15:17

    Əgər Rusiya, Türkiyə, İran və Çin bir araya gələrsə Amerika həqiqətən “Titanik” gəmisi batacaq! Artıq bunun ilkin adımlarını gördük Türkiyə S-400 almaqla açıq aşkar Amerikaya dirsək göstərdi. Amerkadan dünyanın canı qurtarmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*