Türkiyə Müdafiə Nazirliyi İrandan atılan ballistik raketlə bağlı açıqlama yayıb.
KONKRET.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi bildirib ki, İrandan atılan ballistik raket ölkənin hava məkanına daxil olarkən vaxtında aşkarlanaraq Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Nazirlik açıqlamasında qeyd edib ki, raketin bəzi hissələri Gaziantep yaxınlığındakı boş ərazilərə düşüb, hadisə nəticəsində xəsarət alan olmayıb.
Nazirlik həmçinin vurğulayıb ki, Türkiyə regional stabilliyə və qonşu ölkələrlə yaxşı münasibətlərə böyük önəm verir, lakin milli təhlükəsizlik məsələsində qətiyyətlidir. Hər hansı təhdid yarandığı təqdirdə ölkə tərəddüd etmədən bütün zəruri tədbirləri görəcək. Nazirlik xəbərdarlıq edib ki, Türkiyənin bu məsələdə etdiyi çağırışlara və xəbərdarlıqlara qulaq asmaq bütün tərəflərin maraqlarına uyğundur.
