İsrail hücumları davam etdikcə heç bir tərəflə danışıqlar aparılmayacaq
KONKRET.az xəbər verir ki, İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, İsrailin hücumları davam etdiyi müddətdə İran “heç bir tərəflə” danışıqlara getməyəcək.
Onun sözlərinə görə, bu vəziyyətdə istənilən diplomatik təşəbbüs nəticəsiz qalacaq. Eyni zamanda, Araqçi vurğulayıb ki, İran beynəlxalq hüquqa əsasən özünü müdafiə etmək hüququnu həyata keçirməkdə israrlıdır və bu yoldan çəkilməyəcək.
Nazir bildirib ki, regionda sabitliyin bərpası üçün ilk növbədə İsrailin hücumlarının dərhal dayandırılması vacibdir.
Natiq Səlim,
KONKRET.az