“İrandan narkotik daşınması kəskin artıb” – Badasyanbackend

"İrandan narkotik daşınması kəskin artıb" – Badasyan

“Ermənistana narkotik gətirilməsi halları kəskin şəkildə artıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın vergi və gömrük xidmətlərini birləşdirən Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.

O bildirib ki, hüquq-mühafizə orqanları və gömrükçülər hər gün narkokuryer həbs etdikləri barədə açıqlama verirlər:

“Əvvəllər “kristal” narkotiklərin tutulması ilə bağlı bir neçə fakt barədə məlumat verilmişdi. Son illərdə onun daşınması cəhdlərinin sayı kəskin şəkildə artıb”.

Badasyan deyib ki, narkotiklərin tranziti digər ölkələrə də problem yaradır.

Qeyd edək ki, İran uzun illər Azərbaycanın işğal altında olan nəzarətsiz ərazilərindən Avropa və Rusiyaya narkotik daşınması üçün istifadə edib. Azərbaycan sərhədlərinə nəzarəti bərpa etdikdən sonra Ermənistan vasitəsilə narkotik daşınması faktları artıb. Ermənistan bundan öncə 2020-ci ildən sonra narkotik qaçaqmalçılığında 4 dəfə artım olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*