İrandan savaşa yol açacaq addım: Xəbərdarlığa məhəl qoymadıbackend

İrandan savaşa yol açacaq addım: Xəbərdarlığa məhəl qoymadı

İran nüvə obyektlərindəki kameraların qeydə aldığı məlumatları Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) vermək niyyətində deyil.

KONKRET.az xəbər verir ki, bu barədə PRESS TV məlumat yayıb.

Məlumatda xəbərin BAEA-nın Tehran ofisinin direktoru Rafael Qrossiyə istinad olunduğu iddia edilib.

Mənbə İranın strateji obyektlərində qeydə alınan videogörüntülərə giriş verilməyəcəyini deyib.

“BAEA baş direktorunun Tehrana səfəri zamanı aparılan danışıqlar yalnız bəzi monitorinq avadanlıqlarının saxlanılması ilə bağlı olacaq, gündəmdə başqa heç bir məsələ yoxdur”, – mənbə bildirib.

BAEA-nın məlumatına görə, son üç ay ərzində İranda 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları təxminən 4 dəfə artıb. Hesabatda BMT müfəttişlərinin bəzi nüvə stansiyalarında araşdırmalarını dayandırmasından sonra İranda aparılan yoxlama fəaliyyətlərinin ciddi şəkildə əngəlləndiyi bildirilib.

ABŞ Dövlət katibi Entoni Blinken bundan əvvəl BAEA-nın son hesabatından sonra İranın nüvə anlaşmasına qayıtması üçün çox vaxt qalmadığını bəyan edib. Blinken dəqiq tarix verməyəcəyini, ancaq razılaşmaya dönməyin faydalı olmayacağı bir nöqtəyə yaxınlaşdıqlarını vurğulayıb./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*