İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri bildirib ki, yaxın vaxtlarda İslam Respublikasının parlamenti və məhkəmə sistemi hicab taxmaq qaydalarına yenidən baxacaq.
KONKRET.az xəbər verir ki, bu qərar hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra sentyabrın ortalarında ölkədə başlayan kütləvi etirazların dayandırılması ümidi ilə verilib.
Qeyd edək ki, İranda Ayətullah rejiminin tətbiq etdiyi gender məhdudiyyətlərinə etiraz olaraq akasiyalar keçirilir.
Günel Mikayılova,
KONKRET.az