İranın ideoloji düşməni olan Talibana dəstəyinin qaranlıq tərəfləri – DETALLARbackend

İranın ideoloji düşməni olan Talibana dəstəyinin qaranlıq tərəfləri - DETALLAR

Son illər, özəlliklə də Əfqanıstanda yaşanan son olaylarda İranın Talibana açıq-aşkar dəstək verməsi bütün dünyanın diqqətini çəkir.

KONKRET.az xəbər verir ki, aralarında kəskin ideoloji fərqlərə baxmayaraq, Tehranın “Taliban” terror qruplaşmasına hərtərəfli dəstəyinin bir neçə səbəbi var.

Əsas amillərdən biri budur ki, dini ideologiyaya söykənən İran hakimiyyəti hər zaman öz fəaliyyətlərinin davam etməsini və legitimliyini (məşruiyyət) qorumaq üçün başqa bir ideoloji düşmənə ehtiyac duyur. Buna görə də Talibanın İrana verəcəyi mənfəətlərdən biri də məntəqədə düşmənlik və qeyri-sabit vəziyyət yaratmaqdır.

Digər tərəfdən, Talibanın Əfqanıstanda hakimiyyətdə olmasını İran hökuməti “daha pis” nümunə kimi vətəndaşlarına göstərə bilər. Belə ki, İran hökuməti xalqın mədəni, siyasi, iqtisadi və başqa sahələrdə tələblərini yerinə yetirmədən Taliban hakimiyyəti altında olan Əfqanıstandakı daha pis vəziyyəti onları manipulyasiya etmək üçün istifadə edə bilər. Eləcə də, Taliban həm də İranın digər ölkələrin daxili işlərinə qarışması üçün də əlverişli zəmin hazırlaya bilər.

Əgər ötən 20 ildə Əfqanıstan Talibandan xilası olub sabit və demokratik siyasi sistemə sahib olsaydı, bu, əlbəttə ki, İranın daxili məsələlərinə, xüsusən də siyasi və ictimai azadlıq məsələlərinə təsirsiz ötüşməyəcəkdi.

Savaş və terrorun hakim olduğu Əfqanıstan nümunəsi hər zaman İran hökuməti üçün milləti “siz də bu vəziyyətə düşə bilərsiniz” deyərək öz hüquq və azadlıqlarını tələb edən İran xalqına qarşı istifadə edib onları qorxutmaq üçün “gözəl” təzyiq və basqı alətidir.

Sonda demək olar ki, əgər Taliban birinci hakimiyyəti dövründə etdiyi səhvləri təkrarlayarsa, bu, İran hökumətinin öz aqressiv və zorakı daxili və xarici siyasətini əsaslandırmaq üçün bəhanə olacaq.

“Azad İran”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*