İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin hücumundan sonra İranın paytaxtı Tehran şəhərinin qərbində və şimal-şərqində partlayış səsləri eşidilir.
Bu barədə KONKRET.az “İRNA” agentliyinə istinadən xəbər verir.
Eyni zamanda Tehranın imam Xomeyni adına hava limanı fəaliyyətini dayandırıb
Türkiyənin “Hüriyyət” qəzeti isə bildirib ki, İranın iki nüvə obyektində – Natanz və Fordoda partlayışlar baş verib.
İsrail ordusu bildirib ki, hədəf İranın müxtəlif bölgələrindəki nüvə obyektləridir.