İranın qorxduğu başına gəlir: “Güney Azərbaycan İran deyil” – FOTOLARbackend

İranın qorxduğu başına gəlir: "Güney Azərbaycan İran deyil" - FOTOLAR

İranın Təbriz şəhəri boyunca divarlarda qrafitilər yazılıb: “Güney Azərbaycan İran deyil”.
KONKRET.az xəbər verir ki, Güney Azərbaycanın milli fəalları oktyabrın 24-də Təbriz şəhəri boyunca genişmiqyaslı aksiya keçiriblər. Onlar qrafiti və divar yazıları ilə Güney Azərbaycanın fars və İran irqçiliyinin boyunduruğundan müstəqil olmasının vacibliyini vurğulayıblar.
Təbrizin ictimai yerlərində və küçələrində ingilis dilində həkk olunmuş qrafiti və divar yazılarında “South Azarbaijan İs NOT İran. Tabriz 2021.10”, “Güney Azərbaycan İran deyil” sözləri yazılıb.
Qeyd edək ki, bundan əvvəl də sözügedən yazı azərbaycanlı ictimai şəbəkə istifadəçiləri tərəfindən geniş yayılmışdı. İran nə qədər çalışsa da azərbaycanlıları farslaşdıra bilmir, öldürməklə, zindanlara doldurmaqla da səyləri boşa çıxır. Çüney Azərbaycan müstəqillik istəyir.

Xuraman Etibarlı

KONKRET.az

  • Abid
    Oktyabr 26, 2021 - 22:39

    Ancaq əfsus ki, Şimali Azərbaycan o qədər passivləşib ki, güneylilərə hər hansı formada yardım etmək iqtidarında deyil

Abid üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*