İranın raket qalası vuruldu: Ölkə YANIRbackend

İranın raket qalası vuruldu: Ölkə YANIR

İranın Yəzd şəhərində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus “Qədir” hərbi bazasına hava zərbələri endirilib.

KONKRET.az xəbər verir ki, “Qədir” bazası ballistik raketlərin saxlanılması və buraxılması baxımından regionun ən mühüm hərbi obyektlərindən biri hesab olunur.

Mövcud məlumatlara görə, hücum nəticəsində bazanın yerüstü qurğuları və yeraltı tunellərin girişləri hədəf alınıb. Strateji əhəmiyyətli bu obyektin vurulması İranın raket potensialına ciddi zərbə kimi qiymətləndirilir. Yerli mənbələr ərazidə güclü partlayış səslərinin eşidildiyini bildirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*