Xəbər verdiyimiz kimi bu gün İrəvanda yerləşən Müqəddəs Anna kilsəsində Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı insident baş verib.
KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın sözlərinə görə, hadisədən sonra daha bir nəfər həbs edilib.
Beləliklə, saxlanılanların sayı üç nəfərə çatıb.
Bildirilib ki, saxlanılan şəxslər xuliqanlıqda və vəzifəli şəxsin qanuni xidmət və siyasi fəaliyyətinə müdaxilədə şübhəli bilinirlər.
Onlar Ermənistanın İstintaq Komitəsinə təhvil verilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Müşviq Tofiqoğlu
KONKRET.az
