“İranın sərhədə qoşun toplaması barədə məlumat əsassızdır” – General / YENİLƏNİBbackend

“İranın sərhədə qoşun toplaması barədə məlumat əsassızdır” - General / YENİLƏNİB

“İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır”.

KONKRET.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.

O deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir:

“Nümayəndə heyəti iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüş keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”

13:58

Son zamanlar bəzi teleqram kanallarında İranın Azərbaycanla sərhəddə hərbi qüvvələrini toplaması barədə xəbərlər həqiqəti əks etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a hərbi-diplomatik mənbələrdən bildirilib.

“Belə bir hal baş vermir. Bununla yanaşı, hazırda İranın yüksək səviyyəli hərbi nümayəndə heyəti Bakıda danışıqlar aparır. Onlar tərəfindən də bu məlumat təsdiqlənməyib”, – mənbə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*