İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hücumlarını kəskin şəkildə pisləyib.
KONKRET.az xəbər verir ki, bu barədə o, özünün X hesabında paylaşım edib.
“Bu səhər İranın terrorçu tiranları Beer-Şeva şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri endiriblər. Biz Tehrandakı tiranlardan tam bədəl tələb edəcəyik”, – Netanyahu vurğulayıb.