Pezeşkian İran valyutasının yenidən denominasiyası haqqında fərman imzalayıb.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə İran prezidentinin ofisi məlumat yayıb.
Məlumata görə, İran prezidenti Məsud Pezeşkian valyutanın yenidən denominasiyası haqqında fərman imzalayıb və Mərkəzi Banka məlumat verib.
“Pezeşkian Mərkəzi Bank haqqında Qanunun 58-ci maddəsinin “a” bəndinə edilən dəyişikliyin qüvvəyə minməsi barədə Mərkəzi Banka göstəriş verib”, -bəyanatda deyilir
Nəticədə milli valyuta dörd sıfır itirəcək və 10.000 rial bir riala bərabər olacaq. Rialın yüzdə birinə bərabər olan yeni valyuta vahidi olan qiran və ya gəran da tətbiq olunacaq. Ölkənin ikili dövriyyə sistemini tətbiq edəcəyi üç illik keçid dövrü planlaşdırılır.
Həm köhnə, həm də yeni rialların istifadəsinə icazə veriləcək.
