İranın Yunanıstandakı səfirliyinə “molotov kokteyli” atdılarbackend

İranın Yunanıstandakı səfirliyinə “molotov kokteyli” atdılar

Naməlum şəxslər İranın Afinadakı səfirliyinin divarına molotov kokteyli atıblar.

KONKRET.az xəbər verir ki, bu barədə bazar günü Afina polisi məlumat yayıb.

Bildirilib ki, insident nəticəsində heç kim xəsarət almayıb. Hətta binaya maddi ziyan da dəyməyib.

Yunanıstan polisinin məlumatına görə, üzləri şərflə örtülmüş iki nəfər motosikletlə İran səfirliyinə yaxınlaşaraq səfirliyin divarına “molotov kokteyli” atıb.

Hələlik heç kim bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*