İranla Türkiyə arasındakı Sərv sərhəd terminalının fəaliyyəti bərpa edildibackend

İranla Türkiyə arasındakı Sərv sərhəd terminalının fəaliyyəti bərpa edildi

İranla Türkiyə arasındakı Sərv sərhəd terminalının fəaliyyəti bərpa edilib. İran və Türkiyə arasındakı sərhəd terminalının yenidən açılması ilə eyni vaxtda Qərbi Azərbaycan əyalət başçısının siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini və Urmu (Urmiya) şəhər başçısı sözügedən terminala baş çəkiblər.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, bu səlahiyyətlilərin Sərv sərhəd terminalına səfəri ilə eyni vaxtda Qərbi Azərbaycan əyalətinin Türkiyə ilə giriş-çıxış nöqtələri yenidən açılıb və iki ölkə arasında gediş-gəliş bərqərar edilib.

Qərbi Azərbaycan əyalət başçısının müavini Əli Mustəfəvi Sərv sərhəd terminalının Türkiyəyə yenidən açılmasına dair toplantıda vilayətin sərhəd terminallarının fəaliyyətinin davam etməsinə ümid etdiyini bildirib. O, təmsil etdiyi əyalətin sərhəd terminallarının işləməməsinin əsas səbəbinin “koronavirusun yayılması” olduğunu qeyd edərək bildirib: “Vilayətin sərhəd terminallarına yollanan səyahətçilər mütləq özləri ilə koronavirusa qarşı vaksin kartı və PCR testi gətirməli və sanitariya-gigiyena qaydalarına əməl etməlidirlər”.

Urmu şəhər başçısı Rəsul Muqabeli də Sərv sərhəd terminalının qarşılaşdığı çətinliklərin aradan qaldırılmasının əhəmiyyətini vurğulayaraq deyib: “Qərbi Azərbaycan vilayətinin sərhədləri ilə İran və qonşu ölkələr arasında ticarətə olan maneələrin aradan qaldırılması bu əyalətin iqtisadi canlanmasına vacib töhfə verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*