İranlı millət vəkili Həmid Rəsayi sabiq prezident Həsən Ruhanini oğlunu öldürməkdə ittiham edib.
KONKRET.az globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Rəsayi dövlət telekanallarından birinə müsahibəsində Ruhaninin oğlunun ölümünün detallarının aydın olmadığını deyib.
“Oğlunu öldürməkdə şübhəli bilinən şəxs 17 ildir Britaniyaya gizli səfərlər edir. Onun elmi işi də plagiatdır. Habelə, onun ikili vətəndaşlığa sahib olmasından şübhələnirlər”, – deyə, Rəsayi açıqlayıb.
Sözlərinin heç birinin böhtan olmadğını deyən millət vəkili əlavə edib:
“Hər şeydən əvvəl Həsən Ruhani öz silahı ilə övladını qətlə yetirib. Onun evi hərbi baza kimi qorunurdu və heç kim kənardan gəlib onun oğlunu öldürə bilməzdi. Bu cinayət şəxsi silahla törədilib və Ruhaninin özü də bununla bağlı, polisə şikayət etməyib”.
