İranlı general Moskvaya getdi – Patruşevlə danışıqların mövzusu nədir?backend

İranlı general Moskvaya getdi - Patruşevlə danışıqların mövzusu nədir?

İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radan 2 günlük səfərlə Moskvadadır.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat  yayıb.

O, çərşənbə axşamı Moskvaya gələn nümayəndə heyətinə başçılıq edir.

İranlı general Rusiya təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə görüşlər və danışıqlar aparacaq.

Səfər zamanı Ə. Radan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Milli Qvardiyanın direktoru Viktor Zolotovla görüşəcək.

“Səfər zamanı hüquq-mühafizə sahəsində əməkdaşlıq memorandumunun imzalanması, Rusiya polisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə malik olduğu potensial və imkanların ziyarət edilməsi və yoxlanılması, həmçinin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə danışıqların aparılması planlaşdırılır”, – deyə məlumatda vurğulanır.//Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*