İranlı və ermənini məğlub edən Əhmədzadə 1/4 finaldabackend

İranlı və ermənini məğlub edən Əhmədzadə 1/4 finalda

Azərbaycanın yeniyetmə stolüstü tennisçisi Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Wtt Youth Contender Tiflis” turnirində 1/4 finala yüksəlib.

Federasiyadan KONKRET.az-a verilən məlumata görə, 17 yaşadək idmançıların mübarizəsində qüvvəsini sınayan Əhmədzadə 1/8 finalda İran təmsilçisi Seyedsina Horeyşianı üstələyib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrup mərhələsində iranlı Nima Naqavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*