İraqda iranlı zəvvarların qaldığı altımərtəbəli oteldə yanğın olub.
KONKRET.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, binadan zəvvarlar təxliyə olunub. İndiyədək 160 nəfərin oteli tərk etdiyi bildirilir.
Onlardan 30-dan çoxunun nəfəs yollarında problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.
17:57
İraqın Nəcəf şəhərində İrandan olan zəvvarların qaldığı oteldə yanğın nəticəsində çoxlu sayda insan yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, Nəcəf Əşrəfdə şəhərin köhnə hissəsindəki 6 mərtəbəli oteldə yanğın olub. Məlumata görə, hadisə nəticəsində bir neçəsi İran vətəndaşı olmaqla onlarla insan yaralanıb.
Hadisənin səbəbi məlum deyil.
Qeyd edək ki, Məhərrəmlik ayında baş vermiş Kərbəla vaqeəsi ilə əlaqədar hər il bura və Nəcəf şəhərinə çoxlu sayda iranlı zəvvar səfər edir. İmam Əlinin məzarı bu şəhərdə yerləşir.