İraqda 13 nəfərdə vəba AŞKARLANDIbackend

İraqda 13 nəfərdə vəba AŞKARLANDI

İraqda 13 nəfərdə vəba xəstəliyi aşkar olunub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə qurumları açıqlayıb.

Məlumata görə, yoluxma hallarının 10-u Süleymaniyyə vilayətində, 1-i Kərkükdə, 2-si isə Müsənnədə qeydə alınıb.

Daha 56 nəfərdən analiz götürülərək paytaxt Bağdadda mərkəzi laboratoriyaya göndərilib.

Ölkədə vəbadan hələ ki ölüm halı qeydə alınmayıb.

Xatırladaq ki, İraqda ən son vəba xəstəliyi 2015-ci ildə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada vəba xəstəliyinə 1,3 milyondan 4 milyona qədər yoluxma qeydə alınır ki, bu da 21 000-dən 143 000-ə qədər şəxsin ölümünə gətirib çıxarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*