Britaniya arxeoloqlarından ibarət qrup İraqın cənubundakı Zi-Qar əyalətində Şumer kral sarayının və müharibə tanrısı məbədinin xarabalıqlarını aşkar ediblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sarayın yaşının ən azı 4,5 min il olduğu təxmin edilir.
Bildirilib ki, tədqiqatçılar dronların köməyi ilə qədim tikililərin konturlarını ayırd edə biliblər. Sarayın xarabalıqlarında 200-dən çox qeydləri olan lövhələr tapılıb və Bağdad muzeyinə təhvil verilib.
Qeyd olunub ki, onilliklər ərzində İraqdakı münaqişələr səbəbindən arxeoloji işlər davamlı olaraq dayandırılıb və son 30 ildə xarabalıqlar müntəzəm olaraq talanıb.
Məlumata görə, Şumer sivilizasiyası indiki İraqın cənub və mərkəzi hissəsində təxminən 6 min il əvvəl yaranıb.
İqbal Rzayev,
KONKRET.az