İraqda etirazçılara atəş açıldı: 7 ölübackend

İraqda etirazçılara atəş açıldı: 7 ölü

İraqın paytaxtı Bağdadda naməlum şəxslərin nümayişçilərə atəş açması nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şahidləri, etirazçıların düşərgəsinə gələn silahlı mülkü şəxslərin öncə molotofkokteyli atdığnı, daha sonra atəş açdığını bildirib. İraq hakimiyyəti hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
İraqın Ali Müstəqil İnsan Haqqları Komissarlığı ölkədə 2 aydan artıqdır davam edən hökumət əleyhinə etiraz aksiyalarında ən az 460 nəfərin öldüyünü açıqlayıb. Komissarlığın üzvü Əli Bayatlı ölkəsinin həssas bir dönəmdən keçdiyini, etirazların baş nazir Abdulmehdinin istefasıyla dinməyəcəyini söyləyib.

Baş nazir Abdulmehdi, oktyabrın 1-dən paytaxt Bağdad da daxil olmaqla, ölkənin cənub əyalətlərində davam edən etirazlar səbəbindən noyabrın 29-da istefa verib.

İraqlılar ölkənin müxtəlif yerlərində işsizlik, korrupsiya və dövlət qulluğunun olmamasına etiraz olaraq aksiya keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*