İraqda PKK/KCK-nın iki lideri ÖLDÜRÜLDÜbackend

İraqda PKK/KCK-nın iki lideri ÖLDÜRÜLDÜ

Türkiyənin ​Milli Kəşfiyyat İdarəsi İraqda PKK/KCK terror qruplaşmasının iki lideri – Caize Selber və Əmine Ulaşı zərərsizləşdirib.

Bu barədə KONKRET.az türk mətbuatına istinadən xəbər verir.

Araşdırmalar nəticəsində məlum olub ki, onlar qruplaşmanın yüksək vəzifəli rəhbərləri ilə sıx əlaqələr saxlayıb. Eyni zamanda terrorçular aldıqları təlimatlara uyğun olaraq, bölgə sakinlərindən vergi adı ilə xərac alıblar, toplanan məbləğ iyul ayında Türkiyənin təhlükəsizlik qüvvələrinə hücum etmək üçün maddi-texniki dəstək məqsədilə xərclənib. Bundan əlavə, terrorçular gəncləri terror təşkilatında iştiraka təşviq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*