İrəvan AKSİYALARI Şuşa-Xankəndi ETİRAZINA uduzur – TƏHLİLbackend

İrəvan AKSİYALARI Şuşa-Xankəndi ETİRAZINA uduzur - TƏHLİL

Ermənistanın özü müstəqil siyasət yürüdə bilməsə də, bu ölkənin daxilində amerikan, fransız və rus standartları sərbəst şəkildə tətbiq olunur:

1. ABŞ 2018-də istədiyi fiquru hakimiyyətə gətirib;

2. Ermənistandaxili, demək olar ki, hər şey Rusiyanın ixtiyarındadır;

3. Paşinyan hökuməti Makronla diplomatik nikah halındadır;

4. Hər ehtimala, Tehran da İrəvanla siğə edib.

KONKRET.az xatırladır ki, Ermənistanda hakimiyyət dəyişiklikləri, adətən çevrilişlə baş verib və Petrosyandan sonra bu, əsasən Serj Sarqsyan və Robert Koçaryan dönəminə təsadüf edib. Lakin 2018-ci ildə Qərb Ermənistanda Rusiyanın Qarabağ klanının hökmranlığına “çao”, – deyə əl eləyib.

Kreml də İrəvanda tam əldən düşməmək üçün Avrasiya İttifaqı və KTMT xətti ilə Nikol asılılığını qorumağa çalışır. Ermənistanı itirməmək üçün ərazicə ən böyük dövlətin rəhbəri Putinin Soçidə “siyasi kiçikliyə” yol verməsi də bunun təsdiqidir. 44 günlük savaş dövründə Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini və rəsmi Bakının hərbi əməliyyatları öz torpaqlarında apardığını təkrarlayan Putin Soçidə Kəlbəcər, Laçın, Şuşa, Hadrut, Ağdərə, Əsgəran, Xocavənd, Xocalı, Xankəndinin erməni işğalında qalmasını təmin edəcəkmiş kimi Paşinyanı II Qarabağ müharibəsindəki uğursuzluqda qınadı. Niyə bu qənaətə gəldim? Çünki Putin Azərbaycana cəmi 5 rayonun – Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdamın qaytarılmasından bəhs edirdi. Şuşa ilə Hadrut Kremlin planında yox idi. “Miatsum” ideoloqları da bundan cuşa gəlib avronu rubla dəyişmək fikrinə düşhədüşdədirlər. Elə Nikolun özü də ayağısürüşkənlik edəcəkdi ki, yüngülvari qulaqburması aldı. Haşiyəyə çıxaraq qeyd edim ki, Ermənistanda daşnak təfəkkürlü olmayan kiminsə rəhbər seçilməsi, yaxud o postda qalması mümkünsüzdür. Sübut kimi 1999-cu ilin 27 oktyabrında Ermənistan baş naziri Vazgen Sarkisyan ilə Karen Demirçyanın qətlə yetirildiyi parlament terrorunu göstərmək olar. Yəni 4 ildir Paşinyan hakimiyyətdədirsə, o da məsum deyil. SSRİ dövrünün ən populyar məsəli kimi:

“Ən yaxşı erməni ölü ermənidir”.

Paşinyan demokratiya adı ilə müəyyən mərkəzi küçələrdə mitinqlərə icazə verir və bunu öz siyasi ambisiyaları baxımından həyata keçirir:

– Elə Putinin KTMT iclası bəhanəsilə İrəvana səfərində erməni etirazçıları tərəfindən fitə basılması oxşar nümunələrdəndir. Lakin Kreml yiyəsi buna görə qürur etməyəcək və ilk fürsətdə İrəvana yenə yollanacaq. Bunun daha əvvəlki illərə aid təsdiqlərindən biri kimi, Njdeyə faşist desə də, hitlerçi erməninin heykəli ucalan şəhərə Putinin ayaq basmasını göstərmək olar. Elə Rusiyada ermənilərin sıx yaşadığı şəhərlərdə Qareginə qoyulan abidələrin yenicə sökülməsi Kremlin qürur edə biləcəyi ehtimalını rədd edir;

İrəvanda bu gün keçirilən etiraz da Nikolun layihəsidir. Aksiya Laçın dəhlizində baş verənlərdən narahatlıq kimi təqdim olunur. Paşinyan buna icazə verməklə Robert Koçaryan kimi rəqibinin mümkün nüfuzartmasının qarşısını alır. Həm də Fransa XİN-in Laçın koridoru ilə bağlı bəyanatından sonra Makronun makaronbaş dostu Paşinyan da hərəkətə keçməli idi. Bütün bu çaxnaşmaların səbəbi isə azərbaycanlıların Şuşa-Xankəndi yolundakı etirazıdır.

Bu isə həm də o deməkdir ki, İrəvanda onminlərin aksiyası azərbaycanlı yüzlərin etirazına uduzur.

Bizim aksiya ekofəallar, QHT və jurnalist təşəbbüsü ilə başladı. Səbəb sülhməramlıların müvəqqəti məsuliyyət zonalarında ekoloji monitorinq keçirtməyə şəraitin yaradılmamasıdır. İndi aksiya genişlənib. Yəni aksiyada nazir və deputatlardan başqa bütün sferaları təmsil edən Azərbaycan vətəndaşlarını görmək olar. Yüzlərlə insanın sülhməramlı postuna toplanması qondarma rejimdə panika yaradıb. Özlərini dilənçi vəziyyətinə qoyan ermənilər “otepleniya”ya sarılaraq, qaz balonunu qucaqlayıb ağlayaraq, aptek önündə süni növbə yaratmaqla, mən nə bilim, yavan çörəyi ovcunda sıxmaqla poza verir və şəkilləri yayırlar. Elə mənzərə yaradıblar ki, guya 120 min goplasalar da, 20-25 min separatçının həyatı yüzlərlə azərbaycanlıya görə təhlükə altındadır. Özlərini qorxaq kimi göstərməklərində yalan yoxdur, amma situasiyanı dünyaya fərqli sırımaq saxtakarlıqdır. Çünki:

– Sizi səkkizinci qabırğası kimi qoruyan Volkov və dəstəsi silahlı sülhməramlılardır;

– Və bu sülhməramlılar sizi, yəni separatçıları tərksilah etməyiblər;

– Etirazlara görə, qondarma rejimdə “hərbi vəziyyət” elan etmisiniz.

Qorx ki, bunlar etirazlardakı “ecocide” lövhələrini, “genocide” adı ilə Baydenə də yollayalar, o da ahıl yaşında çıxa və ağlı başında olmayan növbəti bəyanat səsləndirə!

Sonda onu deyə bilərəm ki, azərbaycanlıların Şuşa-Xankəndi yolundakı etirazları region və dünyaya səs salıb. Halbuki özlərini azad media adlandıran Amerika və Avropa kütləvi informasiya vasitələri azərbaycanlıların haqlı etirazını işıqlandırmaq üçün nə kameranın “rec”ni basıb, nə də Qarabağa mikrofon uzadıb.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*