İrəvan hücuma hazırlaşır – ABŞ və Fransanın yeni platformasıbackend

İrəvan hücuma hazırlaşır – ABŞ və Fransanın yeni platforması

Ermənistanda Qarabağ üzrə beynəlxalq komissiyanın yaradılması təklif edilib.

KONKRET.az xəbər verir ki, bu ideyanın müəllifi keçmiş xarici işlər naziri Vardan Oskanyandır.

Ermənistanın deputatları hazırda Oskanyanla bu məsələni müzakirə edirlər. Yaradılacaq komitənin missiyası beynəlxalq platformalarda hay-ky qaldırmaq, Azərbaycana təzyiqlər göstərmək, beynəlxalq ekspertləri də daxil etməklə ölkəmizə qarşı düşmən münasibəti davam etdirməkdir.

Görünən odur ki, Qərbin pulları öz sözünü deyir. ABŞ və Fransa Azərbaycana təzyiqlərini maksimum gücləndirmək üçün yeni platformalar yaradır, istər ölkə daxilində, istərsə də beynəlxalq arenada Azərbaycana qarşı irimiqyaslı hücumu gerçəkləşdirəcək planlarını icra edirlər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*